VENESİYA SİSTEMİ

beynəlxalq Limnologiya Konqresində (Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə görə təsnifat sistemi.
VEGETASİYA DÖVRÜ
VULKAN BULUDU
OBASTAN VİKİ
Venesiya sistemi
Venesiya
Venesiya (it. Venezia) və ya Venedik — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır. Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829–832; 1073–95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Venesiya Respublikası
Venesiya Respublikası (venes. Serenìsima Republica de Venesia; it. Serenissima Repubblica di Venezia) — 697-ci ildən 1797-ci ilədək İtaliyanın şimal-şərqində yerləşən, paytaxtı Venesiya şəhəri olan dövlət. Qədim dövrdə Adriatik dənizinin şimal-qərb sahillərində indiki İtaliyanın şimalında romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşımağa başladı. Hökumət əvvəlcə Herakleyada, daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürüldü. 810-cu ildə paytaxt Rialtoya köçdü və həmin yerdə Venesiya şəhəri yarandı. 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil edildi. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya da daxil olmaqla Bizans İmperiyasına qaytarıldı.
Venesiya karnavalı
Venesiya Karnavalı – Venesiya, İtaliyada hər il keçirilən bir karnavaldır. Maskalı karnaval olaraq da bilinən Venesiya Karnavalı 40 gündür davam edir. 1268-ci ildən bəri qeyd olunan Venesiya Karnavalının təməli əslində Pagan mədəniyyətinin baharına təsadüf edir. Zamanla qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd olunur. İlk dəfə görünməyə başladığı zaman sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya Karnavalının bir hissəsidir. Karnavalın Venesiyadakı dövrü ən ağır günlərini keçirir. Karnaval dövrü turistlərlə dolu olan Venesiyada ən sıxlıq dövrlərdən biridir, hətta ən sıxlıq olanıdır.
Venesiya mətbəxi
Venesiya bazarlarında olan məhsulların müxtəlifliyinə diqqət yetirdikdə həmişə şərq ölkələrinin bazarları xatırlanır. Burada axtardığın hər şeyi tapmaq mümkündür. Bazarda quş ətləri, kürü, cürbəcür balıqlar, həmçinin müxtəlif dəniz məhsulları satılır. Venesiya mətbəxi bütün mümkün olan yeməklərdən istifadə edir, çünki satıcıların çoxsaylı olması buna imkan verir. Həmin satıcılar dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün əlverişli tamların əldə edilməsi də əlbəttə ki, asandır. Lakin yerli yeməklərin çox hissəsini düyü, toyuq, balıq və həmişəki qaydaya uyğun olaraq İtaliya tərəvəzlərinin köməyi ilə hazırlanır. Venesiya mətbəxində yeməklərin çox hissəsi rizotta ilə süfrəyə verilir. Bu yemək bişirilərkən içərisinə tərəvəz, paxla, balıqla birlikdə verilir, həmçinin toyuq və dana əti də qatılır. Hətta sosis də qatmaq olar. Venesiyalıların ən çox sevdikləri yeməklərdən biri də qarğıdalının odun üzərində hazırlanmasıdır.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Venesiya Universiteti
Venesiya Universiteti — İtaliyanın Venesiya şəhərində San Servolo adasında yerləşən Beynəlxalq ali təhsil və tədqiqat universiteti. Universitet 15 dekabr 1995-ci ildə 5 universitet və 2 İtaliya institutunun konsorsiumu olaraq yaradılmışdır. Boston Kolleci, ABŞ Dyuk Universiteti, ABŞ Münxen Lüdviq-Maksimilian Universiteti, Almaniya Təl-Əviv Universiteti, İsraili Koreya Universiteti, Cənubi Koreya Tsinxua Universiteti, ÇİN Ka Foskari Universiteti, İtaliya Venesiya Uava Universiteti, İtaliya Sankt-Peterburq Avropa Universiteti, Rusiya Vaseda Universiteti, Yaponiya Padua Universiteti, İtaliya Bordo Universiteti, Fransa Üzv universitetlər Çin, Koreya, Yaponiya, İsrail, Rusiya, İsveçrə, Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Sloveniya, İtaliya, Cənubi Afrika, ABŞ və Kanadadır. Məktəb hər il keçirilən iki akademik semestr (Payız və Yaz) ərzində universitet kursları, intensiv seminarlar, kursdankənar və birgə fəaliyyətlər və yay məktəbləri təklif edir. Bütün kurslar Üzv Universitetlərin professorları tərəfindən ingilis dilində təklif olunur və onlar Üzv Universitetlərdəki bütün tələbələr üçün açıqdır. TEDIS (Paylaşılmış Kəşfiyyat Sistemlərində Texnologiyalar üzrə Araşdırmalar Mərkəzi) 1999-cu ildə Universitetdə yaradılmış tədqiqat mərkəzidir. Mərkəz beynəlxalq idarəetmə komitəsinin nəzarəti altında innovasiya və rəqabətqabiliyyətlilik üzrə tədqiqatlar aparır. TEDIS həmçinin Duke Universitetinin Qloballaşma, İdarəetmə və Rəqabət Qabiliyyəti Mərkəzi ilə əməkdaşlıq edərək sənaye məhəllələri, qloballaşma və qlobal dəyər bağlantıları üzrə birgə tədqiqat proqramı hazırlayıb. TEDIS Mərkəzi 4 əsas sahəyə diqqət yetirir: Sənaye rayonları, texnologiyaları və şəbəkələri KOM-lar, Yerli Klasterlər və Beynəlxalqlaşma Yaradıcılıq, Dizayn və İnnovasiya Nəqliyyat, Logistika və Təchizat bağlantısının İdarə edilməsi Tematik Ekoloji Şəbəkələr Mərkəzi ətraf mühit və davamlı inkişaf sahəsində təlim və tədqiqat mərkəzidir. 2003-cü ildə İtaliyanın Ətraf Mühit, Quru və Dəniz Nazirliyi ətraf mühitin mühafizəsi üzrə Çin-İtaliya Əməkdaşlıq Proqramı çərçivəsində Potensialın Gücləndirilməsi fəaliyyəti, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üçün Davamlılıq kursu üçün bu Mərkəzi elmi tərəfdaş kimi seçdi.
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Friuli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Kiçik Venesiya şəhərciyi
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi. İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur və Bakı bulvarının bir parkıdır. "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur. Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir. == Tarixi == 1960-cı ildə istifadəyə verilmişdir. 10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur. == Yenidən qurulması == 2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.
Lombardiya-Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Osmanlı-Venesiya müharibəsi
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Skalzi kilsəsi (Venesiya)
Santa Mariya di Nazaret kilsəsi (it. Chiesa di Santa Maria di Nazareth) — İtaliyanın Venesiya şəhərində yerləşən Roma katolik məbədidir. O, şəhər sakinləri tərəfindən daha çox "Skalzi kilsəsi" olaraq adlandırılır və bunun başlıca səbəbi, binada, yaradıldığı gündən etibarən Ayaqyalın Karmelitlər Ordeninin yerləşməsi idi (Skalzi (it. Scalzi) — italyan dilindən tərcümədə "ayaqyalın" deməkdir). XVII əsrin parlaq və möhtəşəm Venesiya barokkosu üslubunun təkrarolunmaz nümunəsi sayılan bu kilsə, dahi memar Baldassaro Longinin layihəsi əsasında inşa edilmişdir. Skalzi kilsəsi, Venesiyanın Kannareco sestierisində, daha dəqiq desək, Santa Luçiya dəmiryol vağzalı ilə qonşuluqda yerləşir. Vağzaldan şəhərə daxil olan bütün qonaqlar, Kanal Qrandeni keçərək, şəhərin mərkəzinə üz tutmaq üçün adətən kilsənin yaxınlığında yerləşən Ponte delyi Skalzi adlı böyük körpüdən və ya Ferrovia adlanan vaporetto stansiyasından istifadə edirlər. Skalzini bəzəyən heykəllər dominant protaqonistlər rolunda çıxış edirlər və bu baxımdan kilsə, Venesiyanın yeganə və təkrarolunmaz müqəddəs dini tikilisi hesab edilir. Onun fasadında, altı künc kapella altarlarında və həmçinin əsas altarda, nef divarlarında və presviterilərdə mərmər heykəl nümunələri yerləşdirilmişdir. XVII əsrin ikinci yarısından XVIII əsrin əvvəlinə kimi davam edən Venesiya heykəltaraşlıq məktəbinin inkişafını və çiçəklənməsini əks etdirən bu heykəllər, öz kəmiyyət və keyfiyyətlərinə görə, kilsəni mükəmməl seyretmə qalereyasına çevirirlər.
Səfəvi-Venesiya münasibətləri
Səfəvi–Venesiya münasibətləri — Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında baş tutmuş münasibətlər. Güclü Səfəvilər dövlətinin yaradılması Venesiya başda olmaqla, mütəmadi olaraq Osmanlı imperiyası ilə müharibə aparan bir sıra Avropa dövlətlərinin diqqətini özünə çəkdi. I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər. Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini öz mənafeyinə uyğunhadisə kimi dəyərləndirirdi. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi. Bu iki dövlət arasında diplomatik əlaqələr Səfəvi dövlətinin yarandığı gündən formalaşmışdır. Bu qarşılıqlı əlaqələrin kökündə Ağqoyunlu dövləti zamanında yaradılmış əlaqələr durmuşdur. Venesiya Respublikası ikili münasibətlərlə quru qoşunları güclü olan bir dövlətin dəstəyini qazanmağı, Səfəvilər isə Venesiya sayəsində Odlu silah əldə etməyə ümid edirdilər. Həmçinin tez-tez təkrarlanan Osmanlı ilə müharibələrdə Venesiya, Səfəvilərin xeyrinə Anadolu yarımadası sahillərində təhlükəli vəziyyət də yarada bilərdi.
Səfəvi–Venesiya münasibətləri
Səfəvi–Venesiya münasibətləri — Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında baş tutmuş münasibətlər. Güclü Səfəvilər dövlətinin yaradılması Venesiya başda olmaqla, mütəmadi olaraq Osmanlı imperiyası ilə müharibə aparan bir sıra Avropa dövlətlərinin diqqətini özünə çəkdi. I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər. Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini öz mənafeyinə uyğunhadisə kimi dəyərləndirirdi. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi. Bu iki dövlət arasında diplomatik əlaqələr Səfəvi dövlətinin yarandığı gündən formalaşmışdır. Bu qarşılıqlı əlaqələrin kökündə Ağqoyunlu dövləti zamanında yaradılmış əlaqələr durmuşdur. Venesiya Respublikası ikili münasibətlərlə quru qoşunları güclü olan bir dövlətin dəstəyini qazanmağı, Səfəvilər isə Venesiya sayəsində Odlu silah əldə etməyə ümid edirdilər. Həmçinin tez-tez təkrarlanan Osmanlı ilə müharibələrdə Venesiya, Səfəvilərin xeyrinə Anadolu yarımadası sahillərində təhlükəli vəziyyət də yarada bilərdi.
Venesiya Film Festivalı
Venesiya Film Festivalı (ing. Venice Film Festival) — 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Qızıl Şir — ən yaxşı filmlərə verilən mükafat. Volpi Kuboku — ən yaxşı aktyor və aktrisalara verilən mükafat. La Biennale di Venezia – Official website (ing.) Venice International Film Festival history at La Biennale di Venezia website Venesiya Film Festivalı — Internet Movie Database saytında.
Venesiya Kino Festivalı
Venesiya Film Festivalı (ing. Venice Film Festival) — 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Qızıl Şir — ən yaxşı filmlərə verilən mükafat. Volpi Kuboku — ən yaxşı aktyor və aktrisalara verilən mükafat. La Biennale di Venezia – Official website (ing.) Venice International Film Festival history at La Biennale di Venezia website Venesiya Film Festivalı — Internet Movie Database saytında.
Lombardiya–Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. == Hüquqi status == Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Hüququn sistemi
Hüququn sistemi — hüququn struktur elementlərinin daxili strukturudur. == Hüququn sistemi == Beş əsas komponentdən ibarətdir: hüquq normaları, hüquq institutları, hüquq sahələri, alt institutlar və alt sektorlar. Hüquq sahəsi hüquq sisteminin ən böyük elementidir. Hüquqi tənzimləmə predmetinin və metodunun orijinallığı ilə keyfiyyətcə bircinsli ictimai münasibətlər qrupunu tənzimləyən hüquq normalarının məcmusundan formalaşır. Əgər hüquq institutu ictimai münasibətlərin növünü tənzimləyirsə, sənaye bir növ sosial münasibətlərdir. Beləliklə, hüququn sahələrə bölünməsi üçün əsasən iki meyardan - hüquqi tənzimləmənin predmetindən və metodundan istifadə olunur. Bu meyarlar bir hüquq sahəsini digərindən fərqləndirir. Hüquq institutu bir hüquq sahəsi daxilində və ya onların qovşağında keyfiyyətcə homojen ictimai münasibətləri tənzimləyən hüquq normalarının ayrıca qrupudur. Tənzimləmə xarakterinə görə bir neçə oxşar hüquq institutu hüququn alt qolunu təşkil edir. Məsələn, mülki hüququn tərkib hissəsi kimi müəllif hüququ, mənzil və patent hüququ, maliyyə hüququnun bir hissəsi kimi isə vergi hüququnun bir alt sahəsi fərqləndirilir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Komplement sistemi
Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır. Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur.